Press "Enter" to skip to content

Erkən diaqnostika vacibdir

Nərmin Axundova

Nərmin Axundova: Hər qadının bədənində bu xəstəliklə bağlı siqnal səsləri olur

BAYRAQDAR MEDİA – “Erkən diaqnostika qadınlarda 40 yaşdan sonra müntəzəm olaraq mammoqrafiya müayinələrinin aparılması, 40 yaşadək olan qadınlarda isə öz-özünə müayinə üsullarının öyrənilməsi və tətbiqi nəzərdə tutulur”.

Bunu Ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı şərçivəsində keçirilən “Xərçəngdən güclüsən” adlı tədbirdəki çıxışında onkoloq həkim Nərmin Axundova deyib.

O, qeyd edib ki, erkən diaqnozla süd vəzisi itkisinin qarşısı alına bilər: “Hər qadının bədənində bu xəstəliklə bağlı siqnal səsləri olur. Qadınlarımız hər gün ayna qarşısında 10 dəqiqə ərzində özlərini müşahidə edərək xəstəliyin qabaqcadan qarşısını ala bilərlər. Əgər dəri dartılırsa, portağal qabığı görünüşü alıbsa, dəridə qızartı varsa bu, xəstəliyin siqnalı sayılır. Erkən mərhələdə şişlərin müalicəsini, süd vəzisi itkisinin qarşısını almaq mümkündür”.

Həkimin sözlərinə görə, süd vəzisi itirilən qadın sağlamlığını itirmiş kimi hiss edir, bunun qabaqcadan qarşısını almaq mümkündür: “Biz qadınlarımıza qorxmağı deyil, addım atmağı öyrətməliyik. Xərçənglə müalicə qorxu ilə deyil, birlikdə qazanılır”.

Mission News Theme by Compete Themes.