Ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı çərçivəsində tədbir keçiriləcək
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, 1-31 oktyabr tarixləri Ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Bu münasibətlə müxtəlif addımlar atılır. Eyni zamanda, TƏBİB-in təşkilatçılığı ilə oktyabrın 27—də “Xərçəngdən güclüsən: Ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı” adlı tədbir keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, “tədbirdə sahə ilə bağlı mövcud vəziyyət, onkoloji xəstəliklərin profilaktikası və sosial layihələr haqqında geniş məlumat veriləcək. Eyni zamanda tədbir çərçivəsində “Layihə hovuzu” veb-saytının təqdimatı baş tutacaq”.
Məlumata görə, tədbirdə TƏBİB rəhbərliyi, sahə üzrə məsul şəxslər və bir sıra mütəxəssislərin iştirakı nəzərdə tutulur.





