Press "Enter" to skip to content

HTP çərçivəsində Çində

HTP çərçivəsində Çində

BAYRAQDAR MEDİA – Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində növbəti tədris ilində Çində təhsil almaq üçün müraciət edən namizədlərdən tələb olunan əsas sənədlərdən biri namizədin prioritetlik nəzərə alınmaqla seçdiyi üç universitet üzrə əldə etməli olduğu ön qəbul sənədidir (pre-admission notice, proof of admission from tutor).

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “2026/2027-ci tədris ili üzrə HTP çərçivəsində Çində təhsil almaq niyyətində olan Azərbaycan vətəndaşları müvafiq ön qəbul sənədini əldə etmək üçün Çin universitetləri ilə birbaşa əlaqə saxlamalıdırlar. Qeyd edək ki, HTP çərçivəsində növbəti tədris ilində Çində təhsil üçün sənəd qəbulu ilə bağlı elan yaxın günlərdə EATDA və HTP-nin rəsmi internet səhifələrində, həmçinin sosial media hesablarında dərc ediləcək”.

Sözügedən təqaüd proqramı 13 aprel 2020-ci il tarixində Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

Mission News Theme by Compete Themes.