Press "Enter" to skip to content

Rektor Kürşat Aydoğana “Şövalye” titulu verilib

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – İtaliyanın Ankaradakı səfirliyində keçirilən mərasimdə Bilkent Universitetinin rektoru professor Kürşat Aydoğana “İtaliya Ulduzu Ordeni Şövalyelik” (Cavaliere dell’Ordine della Stella d’Italia) fəxri adı təqdim olunub.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, bu mükafat, Türkiyə ilə İtaliya arasında akademik, mədəni və təhsil əlaqələrinin inkişafına verdiyi töhfələrə görə İtaliya Prezidenti tərəfindən verilib.

İtaliyanın səfiri Corcio Marrapodi qeyd edib ki, Professor Aydoğanın rəhbərliyi dövründə Bilkent Universiteti ilə İtaliya arasında əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Bilkent, Türkiyənin ən seçkin universitetlərindən biri kimi beynəlxalq səviyyədə nüfuz qazanıb.

Rektor K.Aydoğan isə minnətdarlığını bildirərək deyib:“Bu mükafat təkcə mənim üçün deyil, həm də Bilkent Universiteti və Türkiyə ilə İtaliya arasında qurulan dostluq körpülərinin təqdiridir. Universitetimizdə hazırda 11 italyan tələbə təhsil alır, dörd italyan müəllim çalışır və akademik əməkdaşlıqlar davam edir.”

Mission News Theme by Compete Themes.