Press "Enter" to skip to content

TADDEF-dən Türkiyənin Naxçıvandakı Baş konsuluna ziyarət

Ziyarət zamanı

BAYRAQDAR MEDİA – Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini və Iğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal, idarə heyətinin üzvü Yaşar Çeçen ilə birlikdə Türkiyəni Naxçıvan Muxtar Respublikasında təmsil edən Baş konsulluğu ziyarət ediblər.

Bu barədə TADEF-dən məlumat verilib.

Məlumata görə, Serdar Ünsal və Yaşar Çeçen Baş konsul Asip Kaya ilə görüşərək fikir mübadiləsi aparıblar.
S.Ünsal bildirib: “Biz bu dərnəyi heç bir şəxsi mənfəət gözləmədən yaratdıq. Prinsipimiz- Türkiyəni və Azərbaycanı qarşılıqsız sevməkdir. Heç bir şəxsi maraq güdmədən iki ölkənin səsi olmağa və onların mənafeyi uğrunda mübarizə aparmağa çalışırıq. 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycanın səsi olduq və bundan sonra da olacağıq. Şükürlər olsun, Qarabağ azad edilib, indi mübarizəmiz Qərbi Azərbaycandır.”

Məlumata görə, Baş konsul Asip Kaya görüşdən məmnunluğunu ifadə edərək deyib: “Belə bir dərnəyin mövcudluğu Türkiyə ilə Azərbaycan arasındakı bağların bütün sahələrdə möhkəmlənməsinə mühüm töhfə verir. Atatürkün ‘Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir’ və ümummilli lider Heydər Əliyevin ‘Bir millət, iki dövlət’ şüarları bu qardaşlığın əsasını təşkil edir və bu əlaqələr hər keçən gün daha da güclənir.”

O, həmçinin bildirib ki, bir Iğdırlı kimi Türkiyəni Naxçıvanda təmsil etməkdən qürur duyur və əlaqələrin bütün istiqamətlərdə inkişafı üçün çalışır.

Mission News Theme by Compete Themes.