BAYRAQDAR MEDİA – Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydının rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.
Məlumata görə, qonaqları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov salamlayıb: “Sədr müavini Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyini diqqətə çatdırıb. Qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar”.





