BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində Vətən müharibəsi iştirakçılarının valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşü təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Zəfərlə başa çatan Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə təşkil edilən görüş zamanı müharibə iştirakçıları şərəfli döyüş yollarından danışıb, xatirələrini bölüşüblər. Sonra müəssisənin sakinlərinin iştirakı ilə “Zəfər qoxulu 5 il” adlı konsert proqramı təşkil edilib. Uşaqlar vətənpərvərlik ruhunda mahnılar oxuyub, müxtəlif rəqs nömrələri ilə çıxış edib, qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər”.
Görüş maraqlı söhbətlər, səmimi anlar və xoş təəssüratlarla yadda qalıb.





