Press "Enter" to skip to content

67 nəfər sanatoriya-kurort mərkəzinə yola salınıb

67 nəfər sanatoriya-kurort mərkəzinə yola salınıb

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən daha 67 nəfər yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort mərkəzinə göndərilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “onlar şəhid ailəsi üzvləri və əlilliyi müəyyən edilmiş şəxslərdir. Əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər. Yollayışla təmin olunanlar “Duzdağ Estate” sanatoriyasında bərpa-müalicə kursu keçəcəklər”.

SXA tərəfindən postmüharibə dövründə 1 min 200 nəfəri şəhid ailələrinin üzvləri olan 14 min imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Mission News Theme by Compete Themes.