BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 73,5 min vahid və ya 3,47 faiz artaraq 2 min 188 mindən çox təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 11,9 min, fiziki şəxslər üzrə 58,3 min, torpaq mülkiyyətçiləri üzrə isə 3,3 min vahiddən çox artıb.





