Press "Enter" to skip to content

Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu

Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu

BAYRAQDAR MEDİA – 3-5 noyabr tarixlərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək. Forum Azərbaycan Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində reallaşacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nail olunması da forumun hədəfləri sırasındadır”.

Sonra xəbərdə, “Forum çərçivəsində “Mədəniyyət elçiləri” rəqəmsal portalı və “Milli dilli” layihəsinin təqdimatı keçiriləcək. Tədbir gedişində üç panel müzakirənin təşkili, eləcə də xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin hesabat iclaslarının təşkili nəzərdə tutulur. Həmin ərəfədə Antalyada keçirilən “Mədəniyyət Yolu” Festivalında Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı da planlaşdırılır” deyə bildirilir.

Mission News Theme by Compete Themes.