Press "Enter" to skip to content

Azərbaycan–KKTC dostluğu müzakirə olunub

Müsahibə zamanı

Bu dəfə CBC TV və CBC FM-də

BAYRAQDAR MEDİA – Azərbaycanın aparıcı media qurumlarından olan CBC TV və CBC FM kanalında yayımlanan, tanınmış aparıcı Xanlar Mehdiyevin təqdim etdiyi “Səhər Vaxtı” verilişində bu həftə Azərbaycan–Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) münasibətlərinə həsr olunmuş xüsusi buraxılış efirə gedib. Verilişin qonağı olan Kuzey Kıbrıslı jurnalist və aparıcı Serdar Şengül olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Serdar Şengül məlumat verib.

O, qeyd edib ki, verilişdə iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərini, tarixi kökləri və son illərdə əldə edilən mühüm nailiyyətləri dəyərləndirilib.

Serdar Şengül çıxışı zamanı Kuzey Kıbrısda keçirilən prezident seçkilərinin yüksək demokratik səviyyədə baş tutduğunu vurğulayıb, həmçinin beşinci prezident Ersin Tatarın öz vəzifə müddəti ərzində həm Türk dünyası, həm də Azərbaycan–KKTC əlaqələrinin möhkəmlənməsi istiqamətində mühüm xidmətlər göstərdiyini bildirib. S.Şengül, həmçinin yeni seçilən prezident Tufan Erhürman isə yeni enerji və dinamizmlə bu dostluğu daha da irəli aparacağına ümid etdiyini deyib.

Aparıcı Xanlar Mehdiyev də öz növbəsində bildirib ki, Türkiyə Cümhuriyyəti, Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti bir-biri ilə eyni mədəni köklərə bağlı üç qardaş ölkədir: “Bu üç ölkə arasında təkcə siyasi deyil, həm də mədəniyyət və incəsənət sahələrində çox faydalı əməkdaşlıqlar müşahidə olunur. Biz eyni mədəniyyətin övladlarıyıq. Türkiyədə və Kuzey Kıbrısda yaşayan bütün qardaşlarımıza salam və sevgilərimizi göndəririk”.

Verilişdə həmçinin Serdar Şengül, Azərbaycan mediasının KKTC-yə olan diqqətindən məmnunluğunu ifadə edərək bildirib:“Azərbaycan xalqı artıq Kuzey Kıbrısı sadəcə ada dövləti kimi deyil, Türk dünyasının ayrılmaz bir parçası kimi qəbul edir. Bu düşüncə gələcəkdə daha güclü münasibətlərin formalaşmasına zəmin yaradacaq.”

Mission News Theme by Compete Themes.