BAYRAQDAR MEDİA – Bursa Uludağ Universiteti (BUÜ) bu il 14-cü dəfə keçirilən “Gələcəyin Avtomobili Dizayn Yarışması”nda (OGTY) yenidən böyük uğur qazanıb və ardıcıl 7-ci dəfə “ən çox layihə göndərən universitet” mükafatına layiq görülüb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, “tədbir Eskişehir Osmangazi Universitetində keçirilib və Ticarət Nazirliyinin dəstəyi ilə təşkil olunub”.
Məlumata görə, rektor professor Ferudun Yılmaz deyib ki, bu kimi stimullaşdırıcı mükafatı yeddi dəfə ardıcıl qazanmaq bizim üçün böyük qürurdur: “Türkiyənin 23 araşdırma universitetindən biri kimi məsuliyyətimizi dərk edirik. Otomotiv sənayesinin mərkəzində yerləşən şəhər olaraq bu sahədə əlaqələrimiz çox güclüdür.”





