BAYRAQDAR MEDİA – Ege Universiteti bu il də 29 Oktyabr – Cümhuriyyət Gününü böyük coşqu ilə qeyd edəcək. Cümhuriyyətin 102-ci ildönümü münasibətilə hazırlanmış “Cümhuriyyət və Atatürk Günləri” proqramı çərçivəsində oktyabrın 28-də yerli vaxtla saat 09:30-da Ege Universitetinin kampusundakı 100-cü il Abidəsi önündə çələngqoyma mərasimi keçiriləcək.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, “mərasimdə Ege Universitetinin rektoru Prof. Dr. Nəcdət Budak, universitetin rəhbər heyəti, senat üzvləri, müəllimlər, inzibati işçilər və tələbələr iştirak edəcəklər. Bu mərasimdən sonra, eyni gün saat 10:00-da Ege Universitetinin Fizika fakültəsinin konfrans zalında “Cümhuriyyətə gedən yol və Atatürk” mövzusunda konfrans təşkil olunacaq. Konfransın məruzəçisi Milli Müdafiə Universitetinin Hava Astsubay Peşə Yüksək Məktəbinin müdiri Prof. Dr. Həsən Mert olacaq”.





