BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi (TÜDAM) “Kubbe” binasından çıxaraq Yunus Emre şəhərciyinə köçürülüb. Mərkəz bundan sonra fəaliyyətini orada davam etdirəcək.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Məlumata görə, boşalan bina isə Türkiyə Gənclər və İdman Nazirliyinə təhvil verilib: “Artıq bu bina Türk Dünyası Gənclik Mərkəzi kimi fəaliyyət göstərəcək və vilayət Gənclər və İdman İdarəsi tərəfindən idarə olunacaq”.
Eyni zamanda, TÜDAM-ın yeni şəhərcikdə hansı fəaliyyətlərlə davam edəcəyi barədə universitet tərəfindən əlavə məlumatın veriləcəyi gözlənilir.





