Press "Enter" to skip to content

“Sağlam məktəbli” layihəsi davam edir

“Sağlam məktəbli” layihəsi davam edir

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni tədris ilində “Sağlam məktəbli” layihəsini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “AQTA-nın təşəbbüsü ilə həyata keçirilən bu maarifləndirmə proqramı şagirdlərin sağlam qidalanma və qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, məktəb mühitində sağlam vərdişləri gücləndirmək məqsədi daşıyır. Görüş çərçivəsində məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat veriləcək. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən sağlam qidalanma ilə bağlı müxtəlif interaktiv oyunlar təşkil olunacaq. Həmçinin AQTA könüllüləri sagirdlərə maarifləndirici bukletlər paylayacaq”.

Qeyd edək ki, 2018-ci ildə start verilən “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilərlə belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.

Mission News Theme by Compete Themes.