Press "Enter" to skip to content

Saxta dərman hazırlayan şəxslər saxlanılıb – VİDEO

Saxta dərman hazırlayan şəxslər saxlanılıb

BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının iştirakı ilə dabaq xəstəliyinə qarşı iri, eləcə də xırdabuynuzlu heyvanların müalicəsində nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “tədbir zamanı qeyd edilən qanunsuz əməllərə yol verən 26 yaşlı Zərbi Zamanov və qohumu 28 yaşlı Rəvan Zamanov saxlanılıblar. Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər tərəfindən inşaatda istifadə olunan rəngli boyalar dərman görüntüsü yaratmaq üçün texniki spirtlə qarışdırılaraq qablaşdırılıb. Daha sonra hazırlanan məhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb”.

Ardınca xəbərdə, “onlara məxsus Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən sexə baxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları və sair sübutlar polis tərəfindən aşkarlanıb. Saxlanılan şəxslərdən götürülən maddi sübutların ekspertizası zamanı onların dabaq xəstəliyinin müalicəsində effektsiz olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir” deyə bildirilir.

Mission News Theme by Compete Themes.