BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti (ATÜ) 23–25 aprel 2026-cı il tarixlərində “23-cü Ekserji və Tətbiqləri Yay Kursu”na ev sahibliyi edəcək.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, “ATÜ Davamlı Təhsil Tətbiq və Tədqiqat Mərkəzinin (ATÜSEM) təşkil etdiyi tədbirin məqsədi enerji səmərəliliyi və ekserji sahəsində bilik mübadiləsini artırmaq və iştirakçıları öz sahələrində tanınmış mütəxəssislərlə bir araya gətirməkdir. Kursda termodinamika və enerji sistemləri üzrə beynəlxalq səviyyədə tanınmış alimlər çıxış edəcəklər. Əsas spikerlər arasında Kanada Ontario Texniki Universitetindən Prof. Dr. İbrahim Dinçer, ABŞ Nevada Universitetindən termodinamika dərsliklərinin müəllifi Prof. Dr. Yunus A. Çəngəl, Yaşar Universitetindən Prof. Dr. Arif Hepbaşlı və İstanbul Texniki Universitetindən Prof. Dr. Adnan Midilli yer alır. Kursun fəxri rəhbəri isə ATÜ-nün rektoru Prof. Dr. Adnan Sözən olacaq”.
Məlumata görə, üç gün davam edəcək intensiv proqramda “Termodinamik əsaslar”, “Bərpa olunan enerji tətbiqləri”, “Hidrogen və yanacaq elementləri”, “Dayanıqlılıq”, “Ekserqo-iqtisadiyyat”, “Ağıllı şəhərlər” və “Net-sıfır ekserji konsepsiyası” kimi mövzular müzakirə ediləcək: “Tədbir çərçivəsində həmçinin Adananın sənaye və inkişaf vizyonuna həsr olunmuş xüsusi panel də keçiriləcək. Kursun üçüncü günündə “Ağıllı enerji, ağıllı sənaye: Adananın gələcək baxışı” adlı paneldə rektor Prof. Dr. Adnan Sözən, Adana Sənaye Palatasının sədri Zəki Kıvanç, Adana Sənaye Bölgəsi idarə heyətinin sədri Bekir Sütcü və Çukurova İnkişaf Agentliyinin baş katibi Əhməd Rıfat Duran çıxış edəcəklər. Panel, universitetlə sənaye arasında əməkdaşlığı gücləndirmə məqsədini ön plana çıxaracaq”.





