Press "Enter" to skip to content

Cümhuriyyət əbədi yaşasın

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Akdeniz Universitetinin tələbə və müəllimləri Cümhuriyyətin elanının 102-ci ildönümü münasibətilə “29 Ekim Cümhuriyyət yürüşü” adlı tədbir keçiriblər.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, “Cümhuriyyət üçün yürü, Akdeniz!” şüarı ilə təşkil olunan yarışa universitetin rektoru Prof. Dr. Özlenen Özkan, porektorlar- Prof. Dr. Gülbin Arıcı, Prof. Dr. Cengiz Toker, prof. Dr. Şükrü Özen, baş katib Dr. Ali Evren İmre, İdman Elmləri Fakültəsinin dekanı Prof. Dr. Tennur Yerlisu Lapa, müəllimlər, inzibati heyət və tələbələr qatılıblar.

Yarışın startını verən rektor Ö.Özkan deyib:“Sizi burada görmək çox xoşdur. Universitetimizin ən dəyərli fərdləri siz tələbələrsiniz. 29 Oktyabr Cümhuriyyət Günümüzün 102-ci ildönümünü qeyd edirik. Cümhuriyyət əbədi yaşasın! Bayramımız mübarək olsun!”

Tədbir İdman Elmləri Fakültəsi və Mədəniyyət–İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib, iştirakçılar yarış zamanı Türkiyə bayraqları ilə qaçıblar.

Mission News Theme by Compete Themes.