BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti (ATÜ) ətraf mühitin davamlılığı və təbii ehtiyatların idarə edilməsi sahəsindəki səylərini beynəlxalq səviyyədə təsdiqləyib. Sürdürülebilir Kampus Koordinatoru doç. Dr. Tuğçe Demirdelen tərəfindən aparılan işlər nəticəsində universitetin 2024-cü il üzrə “Su Ayaq İzi Hesabatı” müstəqil audit şirkəti QSI tərəfindən ISO 14046:2014 standartına uyğun təsdiqlənib. Bu Türkiyədə bir ilkdir.
Universitetin məlumatında qeyd edilir ki, hesabata əsasən, universitetin ümumi səth suyu istifadəsi 46.659 m³, çirklənmənin seyreltmə ehtiyacı isə 41.993 m³ olub. Bu göstəricilərə əsasən, adam başına illik su ayaq izi 7,05 m³ kimi hesablanıb.
Bu sertifikat ATÜ-nün davamlı inkişaf strategiyası çərçivəsində su ehtiyatlarının səmərəli idarə olunması və ekoloji təsirlərin azaldılmasına yönəlmiş fəaliyyətlərinin konkret sübutu sayılır. Universitet, enerji səmərəliliyi, tullantıların idarə olunması və istixana qazı emissiyalarının azaldılması istiqamətlərindəki uğurları ilə yanaşı, bu nəticə ilə də “yaşıl universitetlər” arasında yerini möhkəmləndirib.





