BAYRAQDAR MEDİA – İran hakimiyyətinin səhlənkarlığı nəticəsində, Salari Milli kimi tanınan Bağır xanın tarixi evi zibilxanaya və narkomanların toplandığı yerə çevrilib və tamamilə dağılmaq üzrədir.
Xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyinin mətbuat xidməti yayımlayıb.
Xəbərdə deyilir ki, “Bağır xanın evi Qacar dövrünün yadigarıdır və Təbrizin “Balahamam” məhəlləsində yerləşir. Son üç ildə bu tarixi evin bəzi hissələri Təbriz Bələdiyyəsi tərəfindən satın alınmışdır, lakin Təbriz meri Yaqub Huşyarın sözlərinə görə, “Şərqi Azərbaycan Vilayətinin Mədəni İrs İdarəsindən büdcə ayrılmaması” səbəbindən bərpa işləri yarımçıq qalmışdır”.
Qeyd edilib ki, “yaranmış durumla bağlı Güney Azərbaycan mediasının üzvləri Təbrizin aidiyyəti Bələdiyyəsindən və Şərqi Azərbaycan Mədəni İrs idarəsindən bu məsələ ilə bağlı inandırıcı izahat tələb edirlər”.





