Press "Enter" to skip to content

Dünya reytinqində 10 sahə üzrə Türkiyə birinci

Hacettepe Universiteti

BAYRAQDAR MEDİA – Elmi nailiyyətlər əsasında universitetlərin fəaliyyətini qiymətləndirən “University Ranking by Academic Performance” (URAP) 2025–2026 Türkiyə sıralamasını açıqlayıb. Clarivate Analytics/InCites və YÖK məlumatları əsasında hazırlanan hesabatda Hacettepe Universiteti ötən ilki mövqeyini qoruyaraq ikinci, dövlət universitetləri arasında isə birinci olub.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, beləliklə, Hacettepe 2018-ci ildən bəri bütün URAP sıralamalarında dövlət universitetləri arasında birinciliyini qoruyub.

Açıqlamaya görə, Hacettepe Universitetinin ümumi xal göstəricisi 1096,52 olub: “İyul ayında URAP-ın açıqladığı “Dünya Elm Sahələri Reytinqində” universitet 78 sahədən 23-də yer alıb və bu sahələrin 10-da Türkiyə birincisi, 5-də ikincisi, 2-də üçüncüsü olub. Diş həkimliyi sahəsində 111-ci, pediatriyada isə 141-ci yeri tutaraq “Dünyanın ən yaxşı 150 universiteti” siyahısına daxil olub”.

Mission News Theme by Compete Themes.