BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin, Əbdürrəhim bəy Haqverdiyev və Akademik Şəfaət Mehdiyev küçələrinin, Xətai rayonu, Xocalı prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin və Mehdi Mehdizadə küçəsi ilə İzzət Orucov küçəsinin kəsişməsində olan işıqforlara velosiped bölmələri quraşdırılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə deyilir ki, “bununla da velosiped və kiçik elektrikli nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyi təmin olunub. Qeyd edək ki, bu vaxta qədər Mərkəz tərəfindən ümumilikdə 42 kəsişmədə olan 103 işıqfora velosiped bölmələri quraşdırılıb. Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin digər zəruri küçə və prospektlərdə olan işıqforlara quraşdırılması işləri davam etdirilir”.





