Press "Enter" to skip to content

Köklü keçmişdən güclü Cümhuriyyətə

Mükafat təqdim edilərkən

BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Köklü keçmişdən güclü Cümhuriyyətə” mövzusunda şeir müsabiqəsində Iğdırın Aşağı Erhacı Orta Məktəbinin 8-ci sinif şagirdi Yağmur Angış, Türkiyə birincisi olaraq böyük qürur yaşadıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, Iğdır Vilayət Təhsil Müdirliyi tərəfindən həyata keçirilən tədbirləri çərçivəsində təşkil edilən bu yarışmada gənc şair Yağmur Angışın qələmə aldığı şeir münsiflər heyəti tərəfindən Türkiyə birinciliyinə layiq görülüb: “Bu əlamətdar uğur həm Aşağı Erhacı Orta Məktəbi, həm də Iğdır vilayəti üçün böyük bir fəxarət mənbəyinə çevrilib. Mükafatlandırma mərasimində Təhsil Nazirliyinin müşaviri Süleyman Can, şöbə müdiri Abdulhalik Baş və Iğdır Vilayət Təhsil Müdiri Aziz Gün iştirak ediblər. Türkiyə birinciliyini qazanan Yağmur Angışa mükafatı Təhsil Müdiri Aziz Gün tərəfindən təqdim olunub”.

Mission News Theme by Compete Themes.