BAYRAQDAR MEDİA – Oktyabrın 30-da mədəniyyət nazirinin müavini Fərid Cəfərov Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüşdə “bir millət, iki dövlət” prinsipi əsasında mədəni əlaqələrin inkişafı, tarixi abidələrin bərpası, arxeoloji tədqiqatlar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. A.Eren TİKA-nın fəaliyyəti barədə məlumat verərək birgə layihələrin davam etdirilməsində maraqlı olduqlarını bildirib. Həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.





