Birol Akgün: Cümhurbaşqanımızın qlobal sülh və sabitlik uğrunda göstərdiyi səylər bütün dünya tərəfindən diqqətlə izlənir
BAYRAQDAR MEDİA – “Cümhurbaşqanımızın qlobal sülh və sabitlik uğrunda göstərdiyi səylər bütün dünya tərəfindən diqqətlə izlənir. Bu çərçivədə Ukraynadakı müharibənin bir an əvvəl dayanması, Qəzzədə atəşkəsin təmin olunaraq iki dövlətli həll yoluna nail olunması və Suriyada sülh və sabitliyin möhkəmlənməsi əsas prioritetlərimizdəndir”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə Gülüstan Sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.
Səfir qeyd edib ki, dünyanın bütün xalqları ilə barış və harmoniya içində yaşamaq Türkiyənin əsas məqsədlərdən biridir. Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamı bu fikri ən gözəl şəkildə ifadə edir.





