Press "Enter" to skip to content

Türkiyəyə ixracı nəzərdə tutulan alma məhsulu partiyalarında uyğunsuzluq

Türkiyəyə ixracı nəzərdə tutulan alma məhsulu partiyalarında uyğunsuzluq

BAYRAQDAR MEDİA – Nəzarət tədbirləri çərçivəsində “Fueqo” MMC-yə və fiziki şəxs Həsənov İlkin Cahan oğluna məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulu partiyalarından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb. Məhsul partiyaları Türkiyənin idxal tələblərinə, o cümlədən Azərbaycanda qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub”.

Mission News Theme by Compete Themes.