Press "Enter" to skip to content

Tuzlucada möhtəşəm yürüş

Xatirə fotosu

BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyətinin elan edilməsinin 102-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Iğdırın Tuzluca rayonunda yerləşən Üçqaya Vadisində coşqulu təbiət yürüşü təşkil olunub.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, Iğdır Valiliyi və Türkiyə Dağçılıq Federasiyasının vilayət təmsilçiliyi tərəfindən təşkil edilən yürüşdə ümumilikdə 102 nəfər iştirak edib: “Tədbirdə vali Ercan Turan və həyat yoldaşı Nilüfər Baykal Turan, rəsmi nümayəndələr, idmançılar və çoxsaylı təbiətsevərlər iştirak ediblər. Təxminən 102 nəfərin iştirakı ilə baş tutan təbiət yürüşü həm Cümhuriyyət coşqusunu, həm də sağlam həyat düşüncəsini bir araya gətirən mənalı bir tədbir olub”.

Mission News Theme by Compete Themes.