BAYRAQDAR MEDİA – Böyük Qayıdışın bütün ünvanlarında – doğma yurd yerlərində sevinci, qüruru hər kəs bir cür ifadə edir. Uşaqların sevinci isə bambaşqadır: səmaya uçan rəngbərəng şarlar onların arzu və ümidlərini təcəssüm etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “sözügedən Komitənin təşkilatçılığı, işğaldan azad olunmuş rayonlarda Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə hazırlanmış növbəti fləşmobun iştirakçıları da onlardır. Fləşmobda Suveren Azərbaycan: “Köklərimizə bağlılıq, işıqlı sabaha inam” sloqanı yazılıb”.





