BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində hazırda dövlət başçısı olan Tufan Erhurmanın seçkiyə qədər sədri olduğu Cümhuriyyətçi Türk Partiyasının (CTP) Məclisi fövqəladə qurultayın 30 noyabr 2025-ci il tarixində keçirilməsi barədə qərar qəbul edib.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Məlumata görə, seçkilərdə 63 faiz səs toplayaraq prezident seçilən CTP Başqanı Tufan Erhürmanın boşaltdığı başqanlıq vəzifəsinə, partiya nizamnaməsinin 35-ci maddəsində nəzərdə tutulan müddət və prinsiplərə uyğun olaraq, fövqəladə qurultayın keçirilməsinə qərar verilib.
30 noyabrda keçiriləcək qurultayda CTP-nin yeni başqanı seçiləcək və qərar layihələri müzakirəyə çıxarılacaq.





