Press "Enter" to skip to content

Dünya Bankının nümayəndə heyəti ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb: “Ölkəmizdə biznesin inkişafı, qeyri-neft-qaz sektorunun, yaşıl və ixracyönümlü iqtisadiyyatın təşviqi, sahibkarlığın, xüsusilə kiçik və orta müəssisələrin dəstəklənməsihaqqında məlumat verilib. Həmçinin bu istiqamətlər üzrə çağırış və imkanlar qeyd edilib. Milli iqtisadiyyatın inkişafı, özəl sektorun əhəmiyyəti, inkişafa yönəlmiş investisiyaların təşviqi və innovasiya təşəbbüslərinin dəstəklənməsi müzakirə olunub”.

Məlumatda deyilir ki, tərəflər “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinə daxil edilməsi planlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqiilə bağlı fikir mübadiləsi aparıblar: “Beynəlxalq təcrübədə biznesin intensiv inkişafı üzrə aparılmış təhlillərin nəticələrinin və özəl sektorun stimullaşdırılması ilə bağlı tədqiqat metodologiyalarının Azərbaycanda tətbiqi imkanları nəzərdən keçirilib”.

Mission News Theme by Compete Themes.