Press "Enter" to skip to content

Mədəniyyət nazirinin Xızıda vətəndaş qəbulu

Mədəniyyət nazirinin Xızıda vətəndaş qəbulu

BAYRAQDAR MEDİA – Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulları keçirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan qəbullarda vətəndaşların müraciətləri yerində dinlənilir, həlli üçün müvafiq addımlar atılır. Mədəniyyət naziri Adil Kərimli oktyabrın 31-də Xızı şəhərində vətəndaşları qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxiı olub

Xəbərdə bildirilir ki, “qəbuldan əvvəl nazir və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Ümummilli Lider Heydər Əliyevin Xızı şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib”.

Sonra xəbərdə, “vətəndaşlar, əsasən, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsi ilə bağlı layihə və təşəbbüslər, məşğulluq və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. Nazir vətəndaşların xahiş və təkliflərini dinləyərək vurğulanan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını qeyd edib. Qəbulda iştirak edən şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.