Press "Enter" to skip to content

Özbəkistan Respublikası Hesablama Palatasının rəhbəri ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikası Hesablama Palatasının sədrinin vəzifəsini müvəqqəti icra edən Mehriddin Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatının (INTOSAI) XXV Konqresi çərçivəsində reallaşıb.

Bu barədə Hesablama Palatasının məlumatında qeyd edilib.

Məlumata görə, görüş zamanı sədr Vüqar Gülməmmədov Azərbaycan və Özbəkistan arasında mövcud olan yüksək səviyyəli münasibətlər fonunda ali audit orqanları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “O, Hesablama Palatasının funksional fəaliyyəti, beynəlxalq audit ictimaiyyətində iştirakı və çoxtərəfli əməkdaşlıq formatlarında rolu barədə məlumat verib. Özbəkistan Respublikası Hesablama Palatasının sədrinin vəzifəsini müvəqqəti icra edən Mehriddin Abdullayev iki qurum arasında mövcud əlaqələrdən məmnunluğunu ifadə edib və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə inandığını bildirib”.

Məlumata əsasən, həmçinin görüş zamanı gənc yoxlayıcıların informasiya texnologiyaları (IT) auditi sahəsində peşəkar biliklərinin artırılması məqsədilə təlimlərin təşkili, eləcə də icbari tibbi sığorta, neft və pensiya fondlarının fəaliyyətinə dair auditlər üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Mission News Theme by Compete Themes.