Press "Enter" to skip to content

TİKA-dan Azərbaycan üçün növbəti addım

Açılış mərasimi

Bakıda yerləşən 2 nömrəli Tibb Kollecinə əczaçılıq laboratoriyasının açılışında TİKA başqanı Abdullah Eren də iştirak edib

BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycan paytaxtı Bakıda yerləşən 2 nömrəli Tibb Kollecinə əczaçılıq laboratoriyası qazandırıb.

Laboratoriyaya baxış zamanı
Laboratoriyaya baxış zamanı

Bu barədə TİKA-dan verilən məlumatda qeyd edilib.

Bu laboratoriya səhiyyə təhsilinin inkişafına töhfə verməyi hədəfləyir

Məlumatda deyilir ki, yeni yaradılan laboratoriya tələbələrə tətbiqi əczaçılıq dərslərini müasir texniki infrastrukturla keçmək imkanı verəcək: “Laboratoriyanın avadanlıqları arasında mikroskoplar, kimyəvi analiz cihazları, nümunə hazırlama bölmələri və dərman qarışığı üçün istifadə olunan vasitələr yer alır. Bu laboratoriya həmçinin ölkədə səhiyyə təhsilinin inkişafına töhfə verməyi hədəfləyir”.

TİKA Türkiyənin strateji düşüncəsini, institusional potensialını və mərhəmət əlini dost və qardaş ölkələrə çatdırır

Məlumatda deyilir ki, laboratoriyanın açılış mərasimində TİKA-nın prezidenti Abdullah Eren, Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndələri və kollecin rəhbərliyi iştirak edib: “Tədbirdə iki ölkə arasında təhsil və səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb”.

Abdullah Eren çıxış edərkən
Abdullah Eren çıxış edərkən

Mərasimdən sonra jurnalistlərə açıqlama verən Abdullah Eren bildirib ki, TİKA Türkiyənin strateji düşüncəsini, institusional potensialını və mərhəmət əlini dost və qardaş ölkələrə çatdırır.

Bu, Türkiyə Cümhuriyyəti dövlətinin və Türk xalqının bir töhfəsidir

Abdullah Eren deyib ki, TİKA-nın ofisinin ən erkən açıldığı ölkələrdən biri olan Azərbaycandır: “Azərbaycanda bu günə qədər təxminən 1500 layihə həyata keçirmişik. Azərbaycanın inkişafı bizi çox sevindirir. Buna görə də ölkədə kənd təsərrüfatı, heyvandarlıq, səhiyyə, təhsil və idarəetmə infrastrukturunun gücləndirilməsi kimi sahələrdə layihələr icra edirik.”

Kollecdə keçirilən mərasim
Kollecdə keçirilən mərasim

Bakı Tibb Kollecində əczaçılıq ixtisası üzrə təhsil alan gənclərin daha yaxşı şəraitdə öyrənmələri üçün bu layihəni həyata keçirdiklərini vurğulayan Abdullah Eren əlavə edib: “Gənc qardaşlarımız TİKA tərəfindən təmin edilən mikroskoplar başda olmaqla bir çox texniki cihazlardan istifadə edəcəklər. Bu, Türkiyə Cümhuriyyəti dövlətinin və Türk xalqının bir töhfəsidir. TİKA olaraq Azərbaycandakı fəaliyyətlərimizi artıraraq davam etdirəcəyik.”

Abdullah Eren tələbələrlə birlikdə
Abdullah Eren tələbələrlə birlikdə

Əczaçılıq laboratoriyası layihəsi ilə TİKA-nın Azərbaycanda səhiyyə sahəsində həyata keçirdiyi fəaliyyətlərin sayı da artıb. Son illərdə TİKA ölkədə tibbi təhsil müəssisələrinə texniki dəstək, xəstəxana avadanlıqları layihələri və tibb işçiləri üçün təlim proqramları ilə diqqət çəkir.

Onu da qeyd edək ki, Abdullah Eren açılışla bağlı X sosial şəbəkə hesabından paylaşım edib.

Mission News Theme by Compete Themes.