Abdullah Eren Hikmət Hacıyevlə görüşüb
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren Azərbaycanda səfərdədir. Səfər zamanı bir sıra açılışlarda iştirak edən A.Eren, həmçinin Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə Abdullah Eren X sosial şəbəkə hesabından paylaşım edib.
Paylaşımda deyilir: “Can Azərbaycanın Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyev ilə görüşərək, TİKA-nın Azərbaycandakı fəaliyyətləri barədə əhatəli müzakirələr apardıq. Qardaşlığımızın ən gözəl təzahürlərindən biri olan bu fəaliyyətlər ortaq tariximizin, mədəniyyətimizin və mənəvi birliyimizin təbii əksidir. Özümüzdən ayrı görmədiyimiz Azərbaycanda gələcək dövrdə də eyni qətiyyət və məhəbbətlə layihələrimizi davam etdirməyə, könül bağlarımızı daha da möhkəmləndirməyə davam edəcəyik. Nəzakətli qəbulu üçün hörmətli Prezident köməkçisi Hikmət Hacıyevə təşəkkürümüzü bildiririk”.





