Press "Enter" to skip to content

“Türk dünyasında mədəni irs və onun ötürülməsi” 

Münsiflər

Beynəlxalq simpoziumu başa çatıb

BAYRAQDAR MEDİA – Türkiyənin Pamukkale Universiteti (PAÜ) ilə İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin əməkdaşlığı çərçivəsində, “Türk dünyasında mədəni irs və onun ötürülməsi” adlı beynəlxalq elmi simpozium keçirilib. PAÜ Turizm Fakültəsinin ev sahibliyi ilə keçirilən simpozium və Türk Mətbəxi Yemək Yarışması uğurla yekunlaşıb.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, Türk Mətbəxi Yemək Yarışmasında Pamukkale Universitetinin rektoru Prof. Dr. Mahmud Güngör, prorektor Prof. Dr. Ersan Öz, Səmərqənd Dövlət Universiteti Orta Asiya Dilləri və Mədəniyyəti İnstitutunun direktoru Prof. Dr. Juliboy Eltazarov, Labada Gurme təsisçisi Gonca Saldanlı və Sadık Qrupu İdarə Heyətinin sədri Oktay Mersin münsif qismində iştirak ediblər: “Yarışmanın nəticəsinə görə: Birinci yeri “Vişnəli Yarpaq Dolması” ilə Turizm İdarəçiliyi ixtisasının tələbəsi Hümeyra Kılıç, ikinci yer – “Hünkâr Bəyəndi” ilə Ece Aykuş, üçüncü yeri isə “Batırıq” yeməyi ilə Ayşe Sezan Arslan qazanıb”.

Məlumatda deyilir ki, “Dəyərlər, Dil, Ədəbiyyat, Tarix və Turizm” mövzularını əhatə edən simpozium 18 sessiyada 80 məruzənin təqdimatı ilə həyata keçirilib: “Onlardan 42-si xarici ölkələrdən, 38-i isə Türkiyədən olan alimlər tərəfindən təqdim olunub”.

Mission News Theme by Compete Themes.