BAYRAQDAR MEDİA – Bolqarıstanda iqtidar partiyaları -GERB-SDS, BSP-Obedinena Levitsa və İma Takav Narod – koalisiya sazişinə əlavələr edərək, Xalq Məclisinin sədrliyinin rotasiya qaydasında müəyyənləşdirilməsinin şərtlərini dəqiqləşdiriblər.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata əsasən, yeni mexanizmə əsasən, bu üç siyasi birlik öz namizədlərini növbə ilə Məclis sədri kimi irəli sürəcək və hər dövr 10 ay davam edəcək: “Rotasiyanın ilk mərhələsində GERB-SDS-in, sonrakılarda isə İTN və BSP-nin namizədləri vəzifəyə gələcək. Rotasiya tamamlandıqdan sonra proses yenidən əvvəlki ardıcıllıqla davam edəcək. Koalisiya razılaşmasının digər maddələri dəyişməyib. Əlavə qərar BSP-Obedinena Levitsa siyahısından Nataliya Kiselovanın geri çəkilməsi və GERB partiyasından Raya Nazaryanın Xalq Məclisinin sədri seçilməsi ilə qüvvəyə minib”.





