Press "Enter" to skip to content

Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu

Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “mərasimdə mədəniyyət naziri Adil Kərimli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, o cümlədən Azərbaycandan və bir sıra ölkələrdən tanınmış mədəniyyət xadimi soydaşlar və digər qonaqlar iştirak edirlər. Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra “Qarabağda mədəniyyətin dirçəlişi” adlı videoçarx nümayiş etdirilib”.

Sonra xəbərdə, “açılış nitqi söyləyən A.Kərimli bildirib ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu Azərbaycanın mədəni diplomatiyasının inkişafında mühüm mərhələ hesab olunur. Bu təşəbbüs Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən mədəniyyətin və milli kimliyin qorunması, eləcə də onun beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən uzaqgörən siyasətin məntiqi davamıdır. Forumda Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğinə töhfə verən incəsənət nümayəndələri təltif edilib və birgə xatirə fotosu çəkdirilib”.

Bildirək ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə reallaşan forum noyabrın 5-dək davam edəcək. Forum çərçivəsində yaradıcılıq təqdimatları, mədəniyyət layihələrinin nümayişi, plenar müzakirələr, eləcə də mədəni əməkdaşlıq protokollarının imzalanması nəzərdə tutulur.

Tədbir gedişində həmçinin Azərbaycan musiqisi, teatr və rəqs sənəti əsasında maraqlı bədii proqramlar da təqdim olunacaq.

Mission News Theme by Compete Themes.