Press "Enter" to skip to content

Azərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri

Azərbaycan Mədəniyyət Elçilərinin Forumu panel müzakirələri

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 3-5 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu açılış mərasimindən sonra panel müzakirələri ilə işini davam etdirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, ““Mədəniyyət sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi: əməkdaşlıq imkanları və perspektivlər” adlı ilk panel pianoçu, Əməkdar artist, Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarovanın moderatorluğu ilə gerçəkləşib. Paneldə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Türkiyənin Mersin Universiteti Musiqi və səhnə sənətləri fakültəsinin dekanı, Prof. Toğrul Qəniyev və “Ophrys Art Qallery”in təsisçisi Cəmilə Orucova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, hazırda dünyada mədəniyyətin müxtəlif sahələrində innovativ yanaşmalar geniş şəkildə tətbiq olunur. Vurğulanıb ki, mədəniyyət sahəsinin inkişafı onun əsas missiyasına kölgə salmadan təmin edilməli, milli-mənəvi dəyərlər diqqətdə saxlanılmalıdır”.

İnteraktiv formatda davam edən paneldə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı təkliflər səsləndirilib.

Mission News Theme by Compete Themes.