Press "Enter" to skip to content

BDU “QS Higher Ed Summit: Asia Pacific 2025” tədbirində

BDU “QS Higher Ed Summit: Asia Pacific 2025” tədbirində

BAYRAQDAR MRDİA – 4–6 noyabr 2025-ci il tarixlərində Cənubi Koreyanın paytaxtı Seul şəhərində ali təhsil sahəsində Asiya-Sakit okean regionunun ən nüfuzlu beynəlxalq tədbirlərindən biri – “QS Higher Ed Summit: Asia Pacific 2025” keçiriləcək. Tədbirin ev sahibi və strateji tərəfdaşı Koreya Universitetidir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “BDU rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti sammitdə iştirak edəcək. Üç gün davam edəcək sammitdə ali təhsildə müasir trendlər, bacarıqların inkişafı, elmi tədqiqatların gücləndirilməsi və universitetlərin gələcək nəsillərin bilik və bacarıqlarının inkişafı üçün şəraitin yaradılmasındakı rolu kimi mövzular müzakirə olunacaq”.

Tədbir ali təhsildə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, innovativ yanaşmaların paylaşılması və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Mission News Theme by Compete Themes.