Press "Enter" to skip to content

“Bilim Bakı” mərkəzinin hədəfləri

Əsas hədəflər 6–14 yaşlı uşaqlarda elmə, texnologiyaya, sahibkarlığa və innovasiyaya marağı artırmaq, onlarda müasir bacarıqları formalaşdırmaqdır

BAYRAQDAR MEDİA – “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən “Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir.

Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.

Məlumata görə, layihə 2021-ci il sentyabrın 23-də Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir: “Əsas hədəflər 6–14 yaşlı uşaqlarda elmə, texnologiyaya, sahibkarlığa və innovasiyaya marağı artırmaq, onlarda müasir bacarıqları formalaşdırmaqdır. Bu çərçivədə yaradılan “Bilim Bakı” və “Bilim Quba” mərkəzlərində gələcəyin tələblərinə uyğun, layihəəsaslı təhsil verən “Deneyap” texnologiya proqramı reallaşdırılır”.

Məlumata əsasən, proqram gündəlik həyat problemlərinin həllinə yönəlmiş, şagirdlərə yaradıcı düşüncə və innovativ bacarıqlar qazandıran kompleks tədris modelidir: “Ümumtəhsil məktəblərinin 4–7-ci siniflərini bitirən şagirdlər ikimərhələli imtahan nəticəsində proqramda iştirak hüququ qazanırlar”.

Mission News Theme by Compete Themes.