Press "Enter" to skip to content

Birol Akgün: Bu fürsəti yenidən yaşamaq ərəfəsindəyik

Səfir Birol Akgün

BAYRAQDAR MEDİA – “Bu gün biz böyük qürur, sevinc və ümid hissi ilə gənclərimizin gözlərinə baxaraq gələcəyə daha inamla baxırıq. Çünki türk dünyası son illərdə yenidən yüksəliş mərhələsinə qədəm qoyub”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Deneyap” proqramı iştirakçılarının Məzun günündə çıxışı zamanı deyib.

Səfirin sözlərinə görə, türk dünyası tarixində ən parlaq dövrlərindən birini XVI əsrdə İstanbuldan Səmərqəndədək olan geniş coğrafiyada elmin, innovasiyanın və mədəniyyətin intibah dövrünü yaşayıb: “O dövrdə Əliquşçu, Uluqbəy kimi alimləri yetişdirən məhz həmin dövrün ruhu idi. İndi əsrlər sonra, XXI əsrdə biz bu ruhu yenidən canlandırmaq, bu fürsəti yenidən yaşamaq ərəfəsindəyik”.

Səfri bildirib ki, türk dünyası bu gün yeni bir intibah dövrünə qədəm qoyur: “Bu üfüqü genişləndirən, çağdaş texnologiyaları bilən, gələcəyə baxışı olan, öz mədəni kökləri ilə əlaqəni itirmədən müasir innovasiya mədəniyyətini mənimsəyən yeni türk gəncliyidir. Bu məqsədlə gənclərdə texnologiyaya, yeniliyə və yaradıcı düşüncəyə maraq oyadan “Bilim Bakı” mərkəzinin “Deney Yap” atelyeləri mühüm rol oynayır”.

Səfirin sözlərinə görə, bu təşəbbüslər türk dünyasının inkişaf və tərəqqi ruhuna verilən dəyərli töhfədir.

Mission News Theme by Compete Themes.