BAYRAQDAR MEDİA – Türkiyə ilə Azərbaycan arasında sərbəst ticarətin genişləndirilməsi, təhsil sahəsində tələbə mübadiləsinin artırılması və iqtisadi əlaqələrin dərinləşdirilməsi vacibdir.
Bunu Bakıda keçirilən mətbuat konfransında Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici deyib.
Partiya sədri bildirib ki, enerji, müdafiə və digər sahələrdə görüləcək çoxlu işlər mövcuddur: “Bu məsələlərin tezliklə həllini tapacağına inanıram”.





