Press "Enter" to skip to content

Nazir müavini Xızıda vətəndaşları qəbul edib

Nazir müavini Xızıda vətəndaşları qəbul edib

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Xızı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xızı, Şabran rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Bu haqda xəbətr BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, torpağın təyinatının dəyişdirilməsi, subsidiya ödənişləri, damazlıq heyvanların lizinqi, güzəştli şərtlərlə kredit ayrılması və digər məsələlərlə bağlı olub. İ.Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib”.

Sonra xəbərdə, “nazir müavini Xızı rayonunun Sitalçay kəndi və Şorabad qəsəbəsində müasir heyvandarlıq təsərrüfatına və 110 hektar ərazidə salınmış intensiv zeytun bağına baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yem təminatı, innovativ yemləmənin əhəmiyyəti, həmçinin bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, intensiv bağçılığın genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.