BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Ağdamda yerləşən Sosial Xidmət Mərkəzində benefisiarların valideynlərinin iştirakı ilə “Uşaq Hüquqları Aylığı”na həsr olunan maarifləndirici tədbir təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbir zamanı uşaq hüquqlarının qorunması, onların fiziki və mənəvi inkişafında ailənin rolundan bəhs olunub. Eləcə də, valideynlər uşaqlarla düzgün davranış qaydaları barədə məlumatlandırılıb. Görüşün keçirilməsində məqsəd valideynlərin uşaq hüquqları ilə bağlı biliklərini və uşaqların gündəlik həyatda üzləşə biləcəyi xoşagəlməz hadisələrdən müdafiəsi ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq olub”.
İnteraktiv şəkildə keçirilən görüşdə iştirakçılar arasında fikir mübadiləsi aparılıb, mütəxəssislər tərəfindən valideynlərin sualları cavablandırılıb.





