BAYRAQDAR MEDİA – 44 günlük Vətən müharibəsində şücaət göstərərək möhtəşəm Zəfərə öz töhfəsini verən İlqar Avazov hazırda Abşeron-Xızı regional təhsil idarəsi Şəfəq qəsəbə tam orta ümumtəhsil məktəbində kitabxana müdiri kimi çalışır.
Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsini bitirən qəhrəman ailəlidir və bir övladı var. İlqar Suqovuşan və Talış əraziləri uğrunda gedən döyüşlərdə iştirak edib. 2-ci dərəcə əlilliyi olan qəhrəman müharibə zamanı baş nahiyəsindən ağır yaralanıb. O, Prezidentin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib”.
İ.Avazov sosial dəstək tədbirləri ilə əhatə olunub. Eləcə də, ƏƏSMN tərəfindən 2 otaqlı, tam təmirli mənzillə təmin edilib.





