Press "Enter" to skip to content

“YAŞAT” Fondunun rəhbəri məktəblilərlə görüşəcək

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə…” layihəsinin növbəti görüşü noyabrın 5-də paytaxtdakı 151 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya İdarənin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, layihənin budəfəki qonağı “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov olacaq: “Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək”.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Mission News Theme by Compete Themes.