Press "Enter" to skip to content

Səfirin Azərbaycandakı fəaliyyəti öz bəhrəsini verdi

Alim Bayelə (solda) mükafat təqdim edilərkən

Alim Bayel “Hörmət” ordeni ilə təltif edilib

BAYRAQDAR MEDİA – Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel “Hörmət” ordeni ilə təltif olunub.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Toqayev adından dövlət mükafatını Xarici İşlər Naziri Yermek Köşerbayev təqdim edib: “Xarici siyasət qurumunun rəhbəri təbrik nitqində Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığı və sıx əməkdaşlığı qeyd edib. Öz növbəsində səfir Alim Bayel Azərbaycandakı Səfirliyin Qazaxıstanın xarici siyasətinin səmərəli həyata keçirilməsinə və Qazaxıstan-Azərbaycan müttəfiqlik münasibətlərinin gücləndirilməsinə yönəlmiş vəzifələrin icrasını davam etdirəcəyini bildirib”.

Amil Yusifova mükafat təqdim edilərkən
Amil Yusifova mükafat təqdim edilərkən

Məlumatda o da vurğulanıb ki, xeyriyyəçilik fəaliyyətinə görə azərbaycanlı iş adamı Amil Yusifov da “Hörmət” ordeni ilə təltif olunub: “O, AZAL aviaşirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Qazaxıstan vətəndaşlarının ailə üzvlərinə mənzillər, həmçinin Aktau şəhərinin xilasedicilərinə, xəstəxanasına və təcili yardım stansiyasına avtomobillər hədiyyə edib”.

Mission News Theme by Compete Themes.