BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Kuzey Kıbrıs Türk Cümhuriyyətində təhsil və tədris keyfiyyətinin artırılmasına yönəlmiş dəstəyini davam etdirir.
Bu barədə TİKA-nın məlumatında qeyd edilib.
Məlumata görə, TİKA, Lefkoşanın Hamitköy bölgəsində yerləşən Dr. Fazıl Küçük ibtidai məktəbinin həyətindəki mərasim və tədbir sahəsinə 12 metr uzunluğunda, 11 metr enində gərmə branda kölgələndirmə sistemi quraşdırıb: “1974-cü ildə yaradılmış və 280 şagird, 20 müəllim və inzibati işçi heyəti ilə fəaliyyət göstərən Dr. Fazıl Küçük ibtidai məktəbi, bölgənin ən qədim təhsil ocaqlarından biri kimi seçilir. KKTC-nin isti iqlimi səbəbindən xüsusilə yay aylarında günəşin, qışda isə yağışın yaratdığı çətinliklər şagirdlərin, müəllimlərin və valideynlərin açıq havada keçirilən mərasim və tədbirlərdə iştirakını çətinləşdirirdi”.
Məlumatda deyilir ki, TİKA tərəfindən qurulan bu yeni kölgələndirmə sistemi sayəsində mərasim və tədbirlər artıq daha komfortlu şəkildə keçirilə bilir. Eyni zamanda şagirdlər tənəffüslərdə həmin sahədən oyun meydançası kimi də istifadə edirlər.
Yaradıcı müəllimlər üçün müsabiqənin final mərhələsi keçirilir





