Press "Enter" to skip to content

XİN-dən UNESCO-nun qərarına münasibət

Xarici İşlər Nazirliyi

Azərbaycan Dünya Türk Dilləri Ailəsi Gününün təsis edilməsini alqışlayır

BAYRAQDAR MEDİA – UNESCO-nun Səmərqənddə keçirilən 43-cü konfransında qəbul etdiyi mühüm qərara əsasən, 15 dekabr – Dünya Türk Dilləri Ailəsi Günü kimi rəsmi şəkildə elan edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

Paylaşımda deyilir: “Bu tarix, bütün türk dillərinin dərin ortaq köklərini və ümumi tarixini əks etdirən ən qədim yazılı abidələr – Orxon Yazılarının oxunmasının ildönümünə təsadüf edir. Azərbaycan bu mühüm addımı zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində bağların möhkəmləndirilməsi istiqamətində atılmış önəmli addım kimi alqışlayır”.

Mission News Theme by Compete Themes.