BAYRAQDAR MEDİA – Erciyes Universitetinin və Oğuz Boyları Dərnəyinin birgə təşkilatçılığı ilə “4-cü Beynəlxalq Oğuz Boyları Simpoziumu” keçirilib.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Məlumata görə. turizm fakültəsinin konfrans salonunda keçirilən simpoziumda Turizm fakültəsinin dekanı professor doktor Kenan Güllü, Oğuz Boyları Dərnəyinin sədri Öcal Arslankaya, akademiklər, tələbələr və qonaqlar iştirak ediblər: “Tədbir Duyğu Şal tərəfindən hazırlanmış Filoqrafiya sərgisinə baxışla başlayıb. Daha sonra sayğı duruşu olub və İstiqlal Marşının səsləndirilib”.
Məlumata əsasən, açılış nitqini Turizm fakültəsinin dekanı professor doktor Kenan Güllü edib:“Biz, Erciyes Universiteti olaraq, ətrafımıza, keçmişimizə və mənəvi dəyərlərimizə sahib çıxan bir universitetik. Bu kimi fəaliyyətlərlə köklərimizi xatırlatmaq, milli dəyərlərimizə sahib çıxmaq və cəmiyyətimizdə fərqındalıq yaratmaq çox önəmlidir.”
Oğuz Boyları Dərnəyinin sədri Öcal Arslankaya da çıxışında simpoziumun keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Simpoziumun təşkilat komitəsinin sədri professor doktor Remzi Kılıç isə çıxışında “Anadolunu Anadolu edən, onu Oğuz yurdu, Türk yurdu edən bizim ulu əcdadlarımızdır. Kaşğarlı Mahmudun ‘Divanü Lüğat-it-Türk’ adlı dəyərli əsərində qeyd etdiyi 24 Oğuz boyunun nəslindən gələn insanlarıq.” deyib.





